Bakıda kişi kafedə qəfil vəfat etdi
Agah.az xəbər verir ki, Bakının Sabunçu rayonunda yerləşən kafelərdən birində qəfil ölüm hadisəsi qeydə alınıb.
Hadisə Bakıxanov qəsəbəsi, X.Xasməmmədov küçəsində baş verib. Qəsəbə sakini, 63 yaşlı Əliyar Əliməhəmməd oğlu Məmmədov kafedə olarkən qəfil dünyasını dəyişib. İlkin məlumata görə, ölümün səbəbi infarkt olub.
Faktla bağlı araşdırma aparılır.
Açar sözlər: Bakıda qəfil ölüm, Sabunçu rayonu hadisəsi, infarkt səbəbli ölüm, Bakıxanov kafedə ölüm.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45