Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the covernews domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Daha çox məlumat üçün lütfən WordPress xəta sazlanması ünvanına baxın. (Bu mesaj 6.7.0 versiyasında əlavə edildi.) in H:\root\home\agah100-001\www\agah\wp-includes\functions.php on line 6121
Burun əməliyyatından sonra komaya düşən xəstə ilə bağlı araşdırma başladı

Burun əməliyyatından sonra komaya düşən xəstə ilə bağlı araşdırma başladı

Burun əməliyyatından sonra komaya düşən xəstə ilə bağlı araşdırma başladı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, 30 yaşlı Nəzrin Mansurovanın burun əməliyyatından sonra komaya düşməsi ilə əlaqədar Nəsimi Rayon Prokurorluğunda araşdırma başlanıb.

Xəstənin müalicə aldığı “Liv Bona Dea Hospital”dan bildirilib ki, Nəzrin Mansurova yanvarın 5-də kritik vəziyyətdə Reanimasiya şöbəsinə daxil olub. Hazırda onun vəziyyəti ağır olaraq qalır, xəstə süni tənəffüs aparatına qoşulub və intensiv müalicə altındadır.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi də baş verən hadisə ilə bağlı yoxlama aparır.

Xatırladaq ki, Nəzrin Mansurova burun çəpərindəki əyriliyin düzəldilməsi üçün “Mərcan” klinikasında əməliyyat olunub. Əməliyyatdan sonra onun beyninə çirk yayılması iddia edilir və vəziyyəti ağırlaşıb, daha sonra o, “Liv Bona Dea Hospital”a köçürülüb.

Açar sözlər: Nəzrin Mansurova koma, burun əməliyyatı komplikasiyası, Mərcan klinikası əməliyyatı, Liv Bona Dea xəstəxanası, burun əməliyyatından sonra kritik vəziyyət.

Dostuna göndər xəbərdən agah olsun: