Təbriz və Zəncanda yol qəzası olub, iki nəfər ölüb, altı nəfər yaralanıb

Təbriz və Zəncanda yol qəzası olub, iki nəfər ölüb, altı nəfər yaralanıb
Dostuna göndər xəbərdən agah olsun:

İranda Güney Azərbaycanın Zəncan şəhərinin “22 Bəhmən” trasında iki avtomobilin toqquşması nəticəsində iki nəfər ölüb.

Məlumatı “Mashreq” yayıb.

Hadisənin səbəbi araşdırılır.

Başqa bir məlumata görə, mərkəzi Təbriz şəhəri olan Şərqi Azərbaycan əyalətində Təbriz-Zəncan avtomobil şosesinin Bostanabad rayonunda bir neçə maşının toqquşması nəticəsində altı nəfər yaralanaraq hospitala yerləşdirilib.

Məlumata görə, zəncirvari qəzaya səbəb havanın dumanlı olması göstərilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45