Şagirdi döyməsi ilə tanınan sabiq icra başçısı müavini namizədliyini geri götürdü
Agah.az xəbər verir ki, Lənkəran Rayon İcra Hakimiyyətinin sabiq başçısının müavini Rəsilə Əliyeva (Arifqızı) bələdiyyə seçkilərində namizədliyini geri çəkib.
Rəsilə Arifqızı Lənkəran şəhər bələdiyyəsinin üzvlüyünə namizədliyini irəli sürmüşdü, lakin o, artıq seçki yarışından imtina edib. Onun adı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında qeydə alınan namizədlərin siyahısından çıxarılıb.
Qeyd edək ki, Rəsilə Əliyeva vaxtilə Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. 2022-ci ildə onun 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova ilə birlikdə 9-cu sinif şagirdi Aliyə Camalovanı döydüyü barədə məlumat yayılmışdı. Araşdırmalar nəticəsində Rəsilə Əliyeva həmin hadisədən sonra vəzifəsindən azad edilmişdi.
Açar sözlər: Rəsilə Əliyeva, Lənkəran bələdiyyəsi, şagirdin döyülməsi, namizədliyin geri çəkilməsi, icra başçısının müavini, MSK.
(055) 436-46-45