Şirvanda yeddi dəfə məhkum olunmuş şəxsdən odlu silah götürülüb
Agah.az xəbər verir ki, Şirvan şəhər sakini, yeddi dəfə məhkum olunmuş Pünhan Tağıyevdən qanunsuz odlu silah-sursat saxladığına görə polis əməkdaşları tərəfindən “Mauser” markalı odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun məlumatına görə, qanunsuz silah saxlaması barədə məlumat əsasında keçirilən əməliyyat zamanı P.Tağıyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda araşdırmalar davam etdirilir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45