Pakistan Baş naziri Şahbaz Şərif Azərbaycana səfər edəcək

Pakistan Baş naziri Şahbaz Şərif Azərbaycana səfər edəcək
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif fevralın üçüncü həftəsində Azərbaycana rəsmi səfər etməyi planlaşdırır. Səfər Pakistanın “Mərkəzi Asiya baxışı siyasəti” çərçivəsində həyata keçirilir və region ölkələri ilə əlaqələrin gücləndirilməsinə yönəlib.

Səfər zamanı Baş naziri Pakistanın xarici işlər naziri, bir sıra federal nazirlər və biznes nümayəndələri müşayiət edəcək. Pakistan və Azərbaycan arasında iqtisadi əməkdaşlığı genişləndirmək məqsədilə bir neçə sazişin imzalanması gözlənilir.

Şahbaz Şərif Azərbaycandan sonra iki günlük səfərlə Özbəkistana gedəcək. Bu səfər çərçivəsində Kəraçi limanından tranzit ticarət üçün istifadə təklif ediləcək və digər mühüm ticarət sazişləri imzalanacaq.

Dostuna göndər xəbərdən agah olsun: