Vəkil Babək Rzayevə Məhkəmə Hökmü: 3 il 6 ay Həbs
Agah.az xəbər verir ki, vəkil Babək Rzayevin barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Naxçıvan şəhər Məhkəməsində keçirilən prosesdə məhkəmə qərarı ilə Babək Rzayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, Bakı şəhərində yerləşən “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun vəkili olan Babək Rzayev haqqında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda araşdırmalar aparılmış və cinayət işi başlanmışdı.
İttihama görə, Babək Rzayev 2024-cü ilin iyun ayında muxtar respublikada məhkəmə icraatında olan işlə bağlı öz təsir imkanlarından istifadə edərək müvafiq vəzifəli şəxslərin qərarlarına qanunsuz təsir göstərməklə, vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb edib almışdır.
O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) ilə ittiham olunub. İlkin istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilən vəkilin daha sonra ev dustaqlığına buraxıldığı, lakin məhkəmə qərarı ilə həbs cəzasına məhkum edildiyi qeyd olunur.
Açar sözlər: Babək Rzayev, Naxçıvan məhkəmə işi, vəkil cinayət işi, nüfuz alveri, Kamandar Nəsibov və partnyorları, məhkəmə qərarı.
(055) 436-46-45