Ağcabədidə 7 yaşlı bacısı oğlunu döyərək öldürən şəxsə ağır cəza verildi
Agah.az xəbər verir ki, Ağcabədidə yeddi yaşlı bacısı oğlunu öldürməkdə ittiham edilən Natiq Babayevin məhkəmə prosesi başa çatıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin qərarına əsasən, Natiq Babayev 18 il 6 ay müddətində azadlıqdan məhrum edilib.
Xatırladaq ki, hadisə ötən il iyunun 9-da Ağcabədi rayonunda baş verib. 39 yaşlı Natiq Babayev otlaq sahəsində bacısı oğlu 7 yaşlı Anar Əhmədovun başına ağacla bir neçə dəfə zərbə endirərək onu öldürüb.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9 (köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham olunub.
Açar sözlər: Ağcabədi cinayət hadisəsi, Anar Əhmədov, Natiq Babayev, xüsusi amansızlıq, qəsdən adam öldürmə, ağır cəza.
(055) 436-46-45