Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir

Trampın Qrenlandiyanı almaq niyyəti ciddidir
Dostuna göndər xəbərdən agah olsun:

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın müşavirləri Danimarka rəsmilərini onun Qrenlandiyanı almaq məsələsində ciddi olduğu barədə xəbərdar ediblər.

Bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, indi Danimarka rəsmiləri yaxın müttəfiq və NATO üzvü ilə münasibətlərdə böyük nifaqa səbəb olmamaq üçün verəcəkləri cavabı diqqətlə təhlil edirlər.

Onların fikrincə, ABŞ-nin yeni seçilmiş Prezidentinin zarafat etdiyini düşünmək lazım deyil. Bunun əvəzinə böhrana yol verməmək üçün Trampın Qrenlandiya ilə bağlı bəyanatları ilə əlaqədar “açıq söhbət”ə başlamaq lazımdır.

Qeyd edək ki, Tramp yanvarın 7-də bəyan edib ki, Qrenlandiya milli təhlükəsizliyini təmin etmək, eləcə də Çin və Rusiyanın təhdidlərindən qorunmaq üçün ABŞ-nin tərkibinə daxil olmalıdır. Tramp hələ ilk prezidentlik dövründə (2019-cu ildə) söyləmişdi ki, ABŞ Danimarkanın tərkibində geniş muxtariyyət hüquqlarına malik olan Qrenlandiyanı ala bilər. Qrenlandiya və Danimarka hakimiyyəti bu ideyanı absurd adlandırıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45