Toy Məclisində Baş Verən Xuliqanlığa Görə Məhkəmə Hökmü Oxunub

Toy Məclisində Baş Verən Xuliqanlığa Görə Məhkəmə Hökmü Oxunub
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Xəzər Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Niyam İslamovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim Emin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm elan edilib. Qərara əsasən, Niyam İslamov 1500 manat miqdarında cərimə cəzasına məhkum edilib.

İttihama görə, hadisə 2024-cü il sentyabrın 24-də, saat 22:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən bir şadlıq sarayında baş verib. Toy məclisində iştirak edən Niyam İslamov sərxoş halda şadlıq sarayının dəhlizində oturan İmran Yaqubluya (şərti) yaxınlaşıb və onun sifariş verdiyi mahnının yarımçıq saxlanılmasının səbəbini soruşub. İmran isə ona “get, işlərinlə məşğul ol” deyib.

Bu cavabdan sonra Niyam İslamov qəflətən yumruq və şillə ilə İmran Yaqublunun üz nahiyəsinə bir neçə zərbə endirərək ona xəsarət yetirib.

Açar sözlər: Xəzər Rayon Məhkəməsi, Niyam İslamov, xuliqanlıq, məhkəmə qərarı, toy məclisində dava, Bakı şadlıq sarayı, məhkəmə cəzası.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45