AZAL Kazan uçuşlarını dayandırıb, Rusiyanın digər şəhərlərinə də məhdudiyyətlər davam edir
Agah.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC (AZAL) təhlükəsizlik tədbirləri səbəbindən Bakı-Kazan-Bakı marşrutu üzrə uçuşları qeyri-müəyyən müddətə dayandırıb. Bu qərar Kazan üzərində hava məkanının tez-tez bağlanması ilə əlaqədardır.
AZAL sərnişinlərin biletlərini tam ödənişsiz qaytarmaq və ya dəyişdirmək hüququnu təmin edir. Bunun üçün sərnişinlər callcenter@azal.az ünvanına müraciət edə bilərlər.
AZAL, dekabr ayında da Rusiyanın bəzi şəhərlərinə uçuşları təhlükəsizlik səbəbilə dayandırmışdı. Bu məhdudiyyətlər Bakı-Qroznı reysi zamanı baş vermiş texniki insident və onunla bağlı risklərin qiymətləndirilməsi nəticəsində qəbul olunub.
Uçuşların dayandırıldığı şəhərlər bunlardır:
- Qroznı
- Mahaçqala
- Mineralnıye Vodı
- Soçi
- Volqoqrad
- Ufa
- Samara
- Saratov
- Nijni Novqoroq
- Vladiqafqaz
Araşdırmalar tamamlanana qədər məhdudiyyətlər qüvvədə qalacaqdır.
(055) 436-46-45