Digahda avtomobilin vurduğu ana və iki azyaşlının son durumu açıqlandı
Agah.az xəbər verir ki, Abşeron rayonunun Digah qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan iki azyaşlının vəziyyəti ağırdır. Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin katibi Ruzbeh Məmməd bildirib ki, hər iki azyaşlı travmatik beyin qansızması diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Onların vəziyyəti ağır qiymətləndirilir. Ananın isə xəsarət almadığı qeyd edilib.
Hadisə bu gün saat 11:30-da Hüseyn Rəhimov küçəsində baş verib. “Toyota” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini Dərgah Dərgahov yolu nəzərdə tutulmayan yerdən keçən Ramilə Məmmədova və onun iki azyaşlı övladını vurub.
Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev sürücülərlə yanaşı piyadaları da yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.
Faktla bağlı araşdırma aparılır.
Açar sözlər: Digah qəza xəbərləri, yol-nəqliyyat hadisəsi, Abşeron rayonu yol qəzaları, azyaşlılar xəstəxanada, piyadaların təhlükəsizliyi.
(055) 436-46-45