Sel suları bir neçə rayonda yol infrastrukturuna ziyan vurub
Yağan güclü yağış nəticəsində yaranan sel suları Lerik, Astara, Zaqatala və Balakən rayonlarında yol infrastrukturuna və yol qurğularına ziyan vurub.
AGAH.AZ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, hazırda yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunur, yolların və yol qurğularının bərpası istiqamətində aparılan işlər davam etdirilir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45