Britaniyada qrip epidemiyası: Xəstəxanalar ağır vəziyyətdədir
Agah.az xəbər verir ki, Böyük Britaniyada qrip epidemiyası səbəbindən xəstəxanalar ciddi yüklənmə ilə üzləşib. Təcili tibbi yardıma müraciət edən bəzi xəstələr yardım almaq üçün iki gündən çox gözləməli olurlar.
“The Times” qəzetinin milli səhiyyə xidmətinə istinadən verdiyi məlumata görə, səhiyyə işçiləri güclü təzyiq altında fəaliyyət göstərirlər. Ötən ilin sonunda qripə yoluxma hallarının gündəlik sayı 5 min nəfərə çatıb.
Xüsusilə doqquz xəstəxana “kritik yüklənmə” elan edib. Liverpul Kral Universiteti Xəstəxanası bəyan edib ki, yeni pasiyentlərin qəbuluna orta hesabla 50 saatdan çox vaxt tələb olunur. Hətta bəzi xəstələr 91 saatdan artıq gözləmək məcburiyyətində qalıb.
Birmingem Universiteti Xəstəxanası isə xəstələrə müraciət edərək tibbi yardıma müraciət etmədən əvvəl vəziyyətlərini yaxşı düşünməyi tövsiyə edib.
Açar sözlər: Britaniyada qrip epidemiyası, xəstəxanaların yüklənməsi, qrip təhlükəsi, təcili tibbi yardım gecikməsi, səhiyyə böhranı.
(055) 436-46-45