Avtomobil almaq istəyənlər üçün sevindirici yenilik

Avtomobil almaq istəyənlər üçün sevindirici yenilik
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, xaricdən idxal edilən bəzi dizel və benzin mühərrikli avtomobillər üçün gömrük rüsumunun ləğvi nəzərdə tutulur. Bu qərar avtomobillərin Azərbaycan bazarında ucuzlaşmasına səbəb ola bilər.

Son dövrlərdə xaricdən avtomobil gətirənlərin sayında ciddi artım müşahidə olunur. Xarici bazardan alınan avtomobillərin qiymətləri, yerli bazarla müqayisədə daha sərfəli olduğu üçün insanlar bu seçimə üstünlük verirlər.

Hazırda ölkəyə gətirilən avtomobillərə görə idxal gömrük rüsumu, əlavə dəyər vergisi, aksiz vergisi, utilizasiya haqqı və digər ödənişlər tətbiq olunur. Bu isə mühərrik həcmi 2000 kubsantimetrdən çox olan avtomobillərin gömrük xərclərini artırır.

İqtisadçı Xalid Kərimli bildirib ki, bəzi ölkələrdən – Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Belarus və Tacikistandan mənşə sertifikatı təqdim etməklə gətirilən avtomobillərə rüsum tətbiq edilmir.

Bundan əlavə, istehsal ilindən 3 ildən çox keçməyən elektrik mühərrikli avtomobillər də idxal gömrük rüsumundan və əlavə dəyər vergisindən azaddır. Bu, ümumi gömrük ödənişlərini xeyli azaldır və belə avtomobillərin ölkəyə gətirilməsini stimullaşdırır.

Açar sözlər: avtomobil gömrük rüsumu, elektrik avtomobilləri, idxal avtomobilləri, gömrük rüsumunun ləğvi, avtomobil bazarı.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45