Qubada küçə itlərinin hücumu: Üç nəfər xəsarət aldı, ikisi Bakıya göndərildi

Qubada küçə itlərinin hücumu: Üç nəfər xəsarət aldı, ikisi Bakıya göndərildi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Qubada küçə itləri üç nəfərə hücum edərək onlara xəsarət yetirib.

Hadisələrdən biri rayonun Qəçrəş kəndində baş verib. Küçə itləri kənd sakinləri Zöhr Mərdiyeva və Raida Salahovaya hücum edərək xəsarət yetirib. Zərərçəkənlər Quba Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım alıb və quduzluq əleyhinə vaksin vurulduqdan sonra Bakıda yerləşən Sabunçu Tibb Mərkəzinə göndəriliblər.

Digər hadisə isə Qubanın Küsnətqazma kəndində qeydə alınıb. Azyaşlı Məhəmməd Məhəmmədov da it dişləməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb. Ona quduzluğa qarşı müalicə təyin edilib.

Açar sözlər: Quba küçə itləri, it hücumu, Qəçrəş kəndi, Küsnətqazma kəndi, quduzluq əleyhinə vaksin, Sabunçu Tibb Mərkəzi.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45