Sumqayıtda qonşusu tərəfindən döyülən qadın xəstəxanada vəfat edib
Agah.az xəbər verir ki, yanvarın 5-də Sumqayıt şəhərinin Xəzər bağları yaşayış massivində qonşular arasında münaqişə faciə ilə nəticələnib. 1983-cü il təvəllüdlü Mikayıl Şərifov mübahisə zamanı qonşusu, 1958-ci il təvəllüdlü Mehparə Ələkbərovaya dəmir parçası ilə xəsarət yetirib.
Yaralı qadın dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, bu gün dünyasını dəyişib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45