İlham Əliyev: Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir

İlham Əliyev: Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir
Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycan cəmiyyəti artıq öz mövqeyini ortaya qoyub və Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir, böyüyür.

Bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, əgər bu proses müəyyən səbəblər üzündən başlamışdırsa, bu gün bu, artıq həyatımızın bir parçasıdır. Bu xalqlar faktiki olaraq heç bir kütləvi informasiya vasitələrinə çıxış əldə edə bilmirlər. Onlar hədələnir, onlara qarşı ədalətsizlik bir qayda olaraq artıq özünü təsdiqləyib. Onların müdafiəsinə qalxmaq istəyən tərəflərin, təşkilatların sayı da çox azdır.

“Bu müstəmləkəçilik praktikası davam edənə qədər biz o xalqların yanında olacağıq”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45