Prezident İlham Əliyev: “Fransa ilə bağlı dialoqa hazırıq, amma görüşlər yalnız Bakıda keçiriləcək”
Agah.az xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Fransa ilə münasibətlərə toxunaraq, bu mövzuda əvvəllər açıq danışılmayan detalları paylaşıb.
Dövlət başçısı bildirib ki, son bir neçə ayda Fransa hökumətindən əlaqələrin bərpası üçün müxtəlif təşəbbüslər irəli sürülüb:
“Son bir neçə ay ərzində biz Fransa hökumətinin nümayəndələrindən təmaslar qurulması üçün siqnallar alırdıq, onların sayı mənim yaddaşımda üç və ya dörddür. Müxtəlif şəxslər bizim nümayəndələrə müraciətlər ediblər və həmişə cavab verilib: ‘Biz hazırıq’. Bəli, biz elə bu gün hazırıq, amma heç yerə getməyəcəyik, nə Parisə, nə də Brüsselə. Bizimlə görüşmək lazımdırsa, burada, Bakıda mümkündür.”
Prezident əlavə edib ki, bu yaxınlarda Fransa tərəfdən daha bir verbal diplomatik müraciət alınıb və müzakirələr üçün yenidən siqnallar verilib.
(055) 436-46-45