Prezident İlham Əliyev: “Müstəmləkəçilik praktikası sona çatmalıdır”

Prezident İlham Əliyev: “Müstəmləkəçilik praktikası sona çatmalıdır”
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə imperialist qüvvələrin “böl və hökm sür” prinsipini tənqid edərək müstəmləkəçiliyin tamamilə dayandırılmasının vacibliyini vurğulayıb.

“Tarixən imperialist qüvvələr müstəmləkələri idarə edərək onların sərvətlərini oğurlayıb və öz maraqları üçün dövlətlər qurublar. Buna son qoyulmalıdır. Müstəmləkəçilik kimi iyrənc praktika sona çatmalıdır,” – deyə dövlət başçısı bildirib.

O, həmçinin əlavə edib ki, xarici müdaxilələr bir çox ölkələrin mənəvi və genetik kodlarını sarsıdır, onlara yad və mənfi dəyərlər təlqin olunur:
“Zəif ölkələrə yad dəyərlər, mənfi dəyərlər aşılanır. Lakin ölkə zəif olmur, əgər liderlər zəifdirsə, ölkə də zəif sayılır. Biz bu işə öz gündəliyimizlə hazırıq və siyasətimiz bunu göstərir.”

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45