Bakı metrosunda insident: Sərnişin relsin üzərinə düşdü
Agah.az xəbər verir ki, Bakı metropoliteninin “Ulduz” stansiyasında sərnişin relsin üzərinə düşüb. Hadisə saat 21:30 radələrində baş verib.
Bakı Metropoliteninin Mətbuat Xidmətindən verilən məlumata görə, insident zamanı qatarın platformaya daxil olduğu bildirilib. Təhlükəsizlik tədbirləri dərhal həyata keçirilib, təmas relsindən yüksək gərginlik çıxarılıb və sərnişinlər qatardan düşürülüb.
İnsident nəticəsində relsin üzərinə yıxılan şəxsə ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə aparılıb. Hadisə səbəbilə Yaşıl və Qırmızı xətlər üzrə qatarların hərəkətində 17 dəqiqəlik gecikmə qeydə alınıb.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir və əlavə məlumatların təqdim olunacağı bildirilib.
Açar sözlər: Bakı metrosunda hadisə, sərnişin relsin üzərinə düşdü, “Ulduz” stansiyası, qatar hərəkətində gecikmə, Bakı Metropoliteni, təhlükəsizlik tədbirləri.
(055) 436-46-45