Ərinə it dedi, döyülərək xəstəxanalıq oldu
Agah.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Xəyal Sultanov (şərti) barəsində qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə keçirilən cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Məhkəmə hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Sultanova şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.
Hadisə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindəki evlərdən birində qeydə alınıb. İttihama görə, Xəyal Sultanov arvadı Fəridə Sultanovaya evi və yorğanları səliqəli yığışdırmadığına görə irad tutub. Bu zaman Fəridə Sultanova aqressiv şəkildə ona cavab verib və evin qapısından çıxarkən ərinə “it” deyib. Bunu əsəbləşən Xəyal Sultanov arvadına yumruq və təpiklərlə hücum edib, onun sifət, qarın və ayaq nahiyələrinə xəsarət yetirib.
Hadisə nəticəsində Fəridə Sultanova xəstəxanaya yerləşdirilib. Xəyal Sultanov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Açar sözlər: Bakı Ağır Cinayətlər Məhkəməsi, Xəyal Sultanov, sağlamlığa ağır zərər vurma, ev mübahisəsi, ərinə it demək, xəsarət alma, Fəridə Sultanova, şərti cəza.
(055) 436-46-45