Çində 6,8 bal gücündə zəlzələ: 53 nəfər ölüb, fövqəladə vəziyyət elan edilib
Agah.az xəbər verir ki, Çində baş verən güclü zəlzələ nəticəsində 53 nəfər həyatını itirib, 62 nəfər isə yaralanıb. Zəlzələ ölkənin cənub-qərbində, Tibet Muxtar Rayonunda qeydə alınıb.
Rəsmi məlumatlara görə, hökumət zəlzələdən zərər çəkmiş bölgəyə 22 min ədəd zəruri ləvazimat və 1 500-dən çox xilasedici göndərib. Hazırda ərazidə fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Axtarış-xilasetmə əməliyyatları intensiv şəkildə davam etdirilir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45