Rusiyanın Ukraynaya son 5 gündəki hücumlarında 12 nəfər həlak olub, 85 nəfər yaralanıb
Agah.az xəbər verir ki, Ukrayna Milli Polisinin rəsmisi Viktoriya Ponamaryovanın verdiyi məlumata görə, son 5 gündə Rusiyanın Ukraynaya endirdiyi zərbələr nəticəsində 12 nəfər həyatını itirib, 85 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata əsasən, yaralananlar arasında 4 azyaşlı uşaq da var. Ağır yaralananların sayı 40 nəfərdir. Hücumlarda müxtəlif raketlər, uzaqmənzilli artilleriya və pilotsuz uçuş aparatlarından istifadə edilib.
Xüsusilə, son 3 gündə Kiyevdə baş verən hücumlar nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb. Hücumlar zamanı 10-a qədər dövlət və mülki obyektlər, eləcə də mülki avtomobillər zərər görüb.
Qeyd olunan tələfat və dağıntılar Sumı, Çerniqov, Xarkov, Donetsk və Xerson vilayətlərini də əhatə edir. Ukrayna polisi və Fövqəladə Hallar Xidməti hadisə yerlərində axtarış-xilasetmə işlərini davam etdirir.
(055) 436-46-45