Sabunçu rayonunda iki avtomobilin toqquşması nəticəsində bir nəfər xəsarət alıb

Agah.az xəbər verir ki, Bakının Sabunçu rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı 1979-cu il təvəllüdlü Vasif Vaqif oğlu Səfərov xəsarət alıb. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Açar sözlər: Sabunçu yol-nəqliyyat hadisəsi, avtomobil qəzası, Vasif Səfərov, xəsarət, araşdırma.