Suraxanıda 11 yaşlı uşaq avtomobil vurması nəticəsində ağır xəsarət aldı

Suraxanıda 11 yaşlı uşaq avtomobil vurması nəticəsində ağır xəsarət aldı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı 11 yaşlı yeniyetmə ağır xəsarət alıb.

Hadisə zamanı 2014-cü il təvəllüdlü Ə.Əliyeva yolu keçərkən avtomobil tərəfindən vurulub. Yaralı dərhal təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

Həkimlər tərəfindən aparılan müayinələr nəticəsində ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər: Suraxanı yol-nəqliyyat hadisəsi, avtomobil vurması, 11 yaşlı uşaq, ağır xəsarət, kəllə-beyin travması, araşdırma.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45