Naxçıvanda təcili tibbi yardıma zəhərlənmə səbəbi ilə 38 müraciət daxil olub
Bayram tətili günlərində (30.12.2024-06.01.2025-ci il tarixinə qədər) Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında ümumilikdə zəhərlənmə səbəbi ilə 38 müraciət daxil olub.
Bu barədə Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyindən məlumat verilib.
Qeyd olunub ki, həmin müddətdə Naxçıvan şəhərində 18, muxtar respublikanın rayonlarında 20, ümumilikdə, 38 nəfərdə zəhərlənmə səbəbi ilə müraciət daxil olub.
Müraciət edənlər əsasən dəm qazı və qidadan zəhərlənənlər olub.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45