Qazaxıstan Azərbaycana 80 yük elektrovozu seksiyası ixrac edib

Qazaxıstan Azərbaycana 80 yük elektrovozu seksiyası ixrac edib
Dostuna göndər xəbərdən agah olsun:

Qazaxıstan Astananın 1 saylı sənaye zonasındakı müəssisədə istehsal olunan 80 yük elektrovozu seksiyasını Azərbaycana ixrac edib.

 

“Report”un Qazaxıstan bürosu ölkənin Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, müəssisəni sənayeləşdirmə proqramı çərçivəsində Fransanın “Alstom” şirkəti istifadəyə verib.

 

Məlumata görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün lokomotiv gövdələri, transformatorlar, aşağı və yüksək voltlu şkaflar və s. istehsal edən müəssisəyə baş çəkib.

 

“Prezidentə məlumat verilib ki, müəssisədə “Qazaxıstan Dəmir Yolları” üçün 380 yük və 70 sərnişin elektrovozu və onların komponentləri istehsal edilib. Bundan əlavə, Azərbaycana 80 yük elektrovozu seksiyası ixrac edilib”, – məlumatda bildirilib.

 

Hazırda “Alstom” Astana, Almatı, Şu və Arısda xidmət mərkəzlərinin tikintisinə sərmayə qoyur ki, bu da əlavə 700 iş yerinin açılmasına töhfə verəcək.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45