İnsan Metapnevmovirusu (HMPV) nədir?
Agah.az məlumat verir ki, İnsan Metapnevmovirusu (HMPV) tənəffüs yollarına təsir edən və Paramiksoviridae ailəsinə aid olan bir virusdur. Bu ailəyə digər tənəffüs virusları, məsələn, RSV (Respiratory Syncytial Virus) də daxildir. Dr. Ugalmuglenin sözlərinə görə, HMPV, soyuqdəyməyə bənzər yüngül simptomlardan tutmuş bronxit və pnevmoniya kimi ciddi tənəffüs yolu infeksiyalarına qədər müxtəlif xəstəliklərə səbəb ola bilər.
HMPV bütün dünyada yayılıb və bütün yaş qruplarını təsir etsə də, ən ağır formada uşaqlar, yaşlılar və zəif immunitetli insanlarda müşahidə olunur.
2023-cü ildə aparılmış bir araşdırmaya əsasən, HMPV ilk dəfə bronxiolit və kəskin astma tutmaları zamanı, xüsusilə də immuniteti zəif olan uşaqlarda ağır aşağı tənəffüs yolları infeksiyaları arasında aşkar edilib. Böyüklərdə isə HMPV, qripə bənzər sindromlarla əlaqələndirilib. Son dövrlərdə isə reanimasiya xəstələrində PCR tənəffüs panelindən geniş istifadə nəticəsində HMPV daha tez-tez aşkar olunur.
Açar sözlər: İnsan metapnevmovirusu, HMPV nədir, bronxiolit, pnevmoniya, zəif immunitet, PCR tənəffüs paneli, tənəffüs infeksiyaları.
(055) 436-46-45