Ermənistan ordusunda vəziyyət ağırlaşır, maddi durumu pisləşən hərbçilər tərxis üçün raport yazır

Dostuna göndər xəbərdən agah olsun:

Ermənistan ordusunda vəziyyət ağırlaşır, maddi durumu pisləşən hərbçilər tərxis üçün raport yazır.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan ordusunun zabiti bildirib.

Hərbi qulluqçu deyib ki, müqavilə əsasında xidmət edən hərbi qulluqçuların maddi vəziyyəti çox pisdir:

“Əgər hərbi qulluqçu döyüş mövqeyinə qalxmasa, 127 min dram (541 AZN) əmək haqqı alır. Döyüş növbətçiliyinə qalxanda isə hər gün üçün 4000 dram (17 AZN) əmək haqqı verilir. Nəticədə 14 gün döyüş mövqeyində olan müqaviləli hərbi qulluqçu maksimum 200 min dram (853 AZN) ala bilər. Buna görə “naməlum” səbəblərdən döyüş postuna qalxan müqaviləlilər orada 14 gün deyil, aylarla qalırlar. Kifayət qədər şəxsi heyət olmadığı üçün döyüş növbətçiliyinin dəyişilməsi gec-gec həyata keçirilir. Bunun əsas səbəbi aşağı əməkhaqqıdır. İnsanlar fəhləlik etməyi hərbi xidmətdən daha üstün tuturlar”.

Onun sözlərinə görə, hərbi xidmətdən tərxis olmaq istəyən müqaviləlilərin sayı kifayət qədər çoxdur: “Əməkhaqqı səbəbindən müqaviləlilər xidmətdən imtina edirlər. Ona görə də azı 71 nəfərdən ibarət olmalı olan bölükdə hazırda cəmi 26 nəfər şəxsi heyət var. Sərhəddə döyüş növbəsində olanların dəyişdirilməsinin gec-gec aparılması bütün sərhəd boyu yerləşən döyüş mövqelərində mövcuddur. Bütün hərbi qulluqçuların attestasiya prosesində ciddi problemlər var. Əgər orduda attestasiya aparılırsa, bu, hər kəs üçün olmalıdır: siravidən tutmuş generala qədər”.

Zabit qeyd edib ki, Silahlı Qüvvələrdə xidmət şəraiti çox çətindir, orduda savadsızların sayı çoxalır. Həmçinin müqaviləli hərbi qulluqçular ilə könüllülər arasında münasibətlər yaxşı deyil. Könüllülər müqaviləli hərbi qulluqçuları alçaldırlar.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi A.Torosyan da çoxlu sayda hərbi qulluqçunun tərxis üçün raport yazdığını təsdiqləyib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)