Suriyada dövlət qulluqçularının maaşları 400% artırılacaq
Agah.az xəbər verir ki, Suriya Maliyyə Nazirliyi dövlət sektoru işçilərinin maaşlarını 400% artırmağı planlaşdırır. Bu qərar nazirliklərin inzibati strukturunun yenidən qurulmasının tamamlanmasından sonra gələn ay həyata keçiriləcək.
Məlumatlara görə, maaş artımı mövcud hökumət resursları, regional yardımlar, investisiyalar və Suriyanın xaricdəki dondurulmuş aktivlərinin bərpası hesabına maliyyələşdiriləcək.
Hakimiyyət bu məqsədlə təxminən 127 milyon dollar xərcləməyi nəzərdə tutur.
Açar sözlər: Suriya maaş artımı, dövlət sektoru maaşları, 400 faiz artım, Suriyanın maliyyə tədbirləri, regional yardım və investisiya.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45