Bayram günündə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 28 zəhərlənmə müraciəti daxil olub

Agah.az xəbər verir ki, 31 dekabr 2024-cü il tarixində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə 28 nəfər müraciət edib.
TƏBİB-in yaydığı məlumata görə, müraciətlər arasında 14-ü alkoqol, 5-i dərman, 6-sı dəm qazı, 2-si allergik reaksiya, bir nəfər isə botulizmlə bağlı olub.
Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib və onların hamısı ambulator müalicə üçün evə buraxılıb.