Aliment borcu hansı hallarda silinə bilər?
Agah.az məlumat verir ki, ölkədə aliment borcunun ödənməməsi ilə bağlı şikayətlər artmaqda davam edir. Hüquqşünas Ruslan Mustafazadə bildirir ki, qanunvericilik aliment borcunun silinməsi üçün müəyyən əsasları nəzərdə tutur.
Hüquqşünasın sözlərinə görə, aşağıdakı hallarda aliment borcunun tam və ya qismən silinməsi mümkündür:
- Şəxsin aliment borcunun toplanmasından xəbərsiz olması;
- Aliment ödənişi ilə bağlı məhkəmə qərarını bilməməsi;
- Alimentin icra edilməməsinin şəxsin günahı olmaması;
- Digər əsaslandırılmış və məntiqli səbəblərin mövcudluğu.
Bu hallardan biri varsa, borclu şəxs məhkəməyə müraciət edərək aliment borcunun silinməsini tələb edə bilər. Məhkəmə isə təqdim olunan arqumentləri araşdırıb, qərar qəbul edir. Əgər səbəblər yetərli və qanuni hesab edilərsə, aliment borcu tam və ya qismən silinə bilər.
Açar sözlər: aliment borcu, borcun silinməsi, hüquq məsləhəti, məhkəmə qərarı, Ruslan Mustafazadə, aliment problemi.
(055) 436-46-45