Pnevmoniya ağırlaşmaları artır – Həkimdən ciddi xəbərdarlıq
Agah.az xəbər verir ki, ölkədə epidemioloji vəziyyətin pisləşməsi fonunda qrip virusu geniş yayılmaqdadır. Tanınmış həkim Adil Qeybulla bu vəziyyətin xüsusilə uşaqlar arasında yüksək hərarət və pnevmoniya ağırlaşmaları ilə müşayiət olunduğunu bildirib.
Həkim “Xəzər Xəbər”ə müsahibəsində qeyd edib ki, qrip və pnevmoniya ilə üzləşən insanlar diqqətli davranmalıdırlar. Adil Qeybulla belə hallarda aşağıdakı tövsiyələri verib:
- Yataq rejiminə riayət etmək;
- Bol miqdarda maye qəbul etmək;
- Özbaşına dərman istifadəsindən çəkinmək;
- Həkimə vaxtında müraciət etmək;
- Evdən çıxarkən havaya uyğun geyinmək.
Professorun sözlərinə görə, pnevmoniya ciddi müalicə tələb edən bir xəstəlikdir və yalnız həkim nəzarəti altında, stasionar şəraitdə müalicə olunmalıdır.
Açar sözlər: Pnevmoniya ağırlaşmaları, qrip virusu, yüksək hərarət, Adil Qeybulla, həkim xəbərdarlığı, müalicə tövsiyələri.
(055) 436-46-45