Elektrik enerjisinin tariflərinə dəyişiklik edildi

Elektrik enerjisinin tariflərinə dəyişiklik edildi
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Tarif Şurasının qərarına əsasən, Azərbaycanda elektrik enerjisinin ölkədaxili tarifləri yenidən müəyyənləşdirilib.

Əhali üçün yeni aylıq istehlak tarifləri aşağıdakı kimidir:

  • 200 kVt/saata qədər olan istehlak üçün 1 kVt/saatın tarifi 0,4 qəpik artaraq 8 qəpikdən 8,4 qəpiyə yüksəlib (5% artım);
  • 200-300 kVt/saat arası istehlak üçün 1 qəpik artaraq 9 qəpikdən 10 qəpiyə yüksəlib (11,1% artım);
  • 300 kVt/saatdan yuxarı istehlak üçün 2 qəpik artaraq 13 qəpikdən 15 qəpiyə yüksəlib (15,4% artım).

1 kVt/saat elektrik enerjisinin əhali üçün orta tarifi ümumilikdə 0,7 qəpik (7,8%) artırılıb.

Bu dəyişikliklərin əhali abonentləri üzrə aylıq xərcə təsiri belə gözlənilir:

  • 65% abonent üçün aylıq xərc təxminən 45 qəpik artacaq;
  • 20% abonent üçün təxminən 1 manat 33 qəpik artım olacaq;
  • Daha çox enerji istehlak edən 15% abonent üçün isə orta aylıq xərc 5 manat 61 qəpik yüksələcək.

Qeyd edək ki, əhalinin 65%-i üçün minimal istehlak tarifində cəmi 0,4 qəpik (5%) artım tətbiq edilib.

Açar sözlər: Elektrik enerjisi tarifləri, Tarif Şurası qərarı, enerji qiymət artımı, Azərbaycanda enerji tarifləri, istehlak tarifləri.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45