Xətai rayonunda bağlı qapı arxasında köməksiz qalan şəxsin meyiti tapılıb

Agah.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda bir nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in verdiyi məlumata görə, çağırış əsasında Nazirliyin Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Aparılan tədbirlər nəticəsində həmin şəxsin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.