İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı məktubu göndərib
Agah.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviçə Çetinye şəhərində baş verən silahlı hücumla əlaqədar başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Çetinye şəhərində silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Monteneqro xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.”
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45