“Tesla Cybertruck”ın Las-Veqasdakı Trump otelində partlaması terror aktı kimi araşdırılır

“Tesla Cybertruck”ın Las-Veqasdakı Trump otelində partlaması terror aktı kimi araşdırılır
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Las-Veqasda Trump otelinin yaxınlığında baş vermiş “Tesla Cybertruck”ın partlayışı polis tərəfindən mümkün terror aktı kimi araşdırılır.

ABC News-in məlumatına görə, avtomobilin sürücüsü ölüb, yeddi nəfər isə yüngül xəsarət alıb. Kanalın mənbəyi bildirib ki, maşında partlayıcı xüsusiyyətli pirotexniki tüplər olub. Partlayışın və sonradan yanğınla nəticələnən hadisənin səbəbləri hələlik araşdırılır.

Tesla-nın rəhbəri İlon Musk bildirib ki, şirkət hadisəni araşdırır.

İnternetdə yayılan görüntülərdə “Cybertruck”ın partlayış anı qeyd olunub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45