Cəlilabadda üç gün əvvəl vəfat etmiş şəxsin meyiti tapıldı

Agah.az xəbər verir ki, Cəlilabad rayonunda Göytəpə şəhər sakini, 1972-ci il təvəllüdlü Aydın Hüseynağa oğlu Ağayevin meyiti yaşadığı evdə qonşuları tərəfindən aşkarlanıb.
Məlumata görə, mərhum evdə tək yaşayırmış və onun 3 gün əvvəl vəfat etdiyi ehtimal olunur.
Meyit müayinə üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının morquna təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Açar sözlər: Cəlilabad, Göytəpə, evdə meyit, üç gün əvvəl ölüm, Aydın Ağayev.