Naxçıvanda ilin ilk körpələri: Əkiz oğlanlar dünyaya gəldi
Agah.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin ilk körpələri əkiz oğlanlar olub. Əkizlər, Naxçıvan Perinatal Mərkəzdə dekabrın 31-dən yanvarın 1-nə keçən gecə dünyaya göz açıb.
Ordubad rayon sakini, 2000-ci il təvəllüdlü Seyidova Aytac Tahir qızı saat 01:10-da 38 həftəlik hamiləlikdən sonra iki sağlam oğlan dünyaya gətirib. Körpələrdən birinin çəkisi 2 kq 600 qram, digərinin isə 2 kq 300 qramdır.
Ana və körpələrin vəziyyəti stabildir. Ailə əkizlərə Elvin və Emin adlarını verib. Bu, ailənin ilk övladlarıdır.
Açar sözlər: Naxçıvan əkiz körpələr, ilin ilk doğumu, Elvin və Emin, Naxçıvan Perinatal Mərkəz, əkiz doğuş.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45