Azərbaycan İran səfirliyinə sərt etirazını bildirib

Azərbaycan İran səfirliyinə sərt etirazını bildirib
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan bu gün Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

XİN-dən verilən məlumata görə, görüşdə ötən ilin 29 dekabrında İranın Ali rəhbərinin Ərdəbil üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycana və onun dövlət başçısına qarşı səsləndirilən təhqirlərə görə İran tərəfinə sərt etiraz bildirilib. Tədbir İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanmışdı.

Bundan əlavə, İranda son zamanlar əhali arasında anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılması ilə bağlı narazılıq İran tərəfinin diqqətinə çatdırılıb. Azərbaycanın mövqeyi olaraq qeyd edilib ki, belə hərəkətlər iki ölkə arasında dostluq və əməkdaşlıq ruhuna uyğun gəlmir və əksinə, nifrət və düşmənçilik yaratmağa xidmət edir.

Görüşdə, həmçinin, Azərbaycana qarşı təxribatlara dərhal son qoyulması tələb olunub.

Açar sözlər: İran səfirliyi, Azərbaycan Xarici İşlər Nazirliyi, anti-Azərbaycan propaqandası, İran-Azərbaycan münasibətləri, Seyid Həsən Ameli.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45