“TikTok” – cəmiyyəti bayağılığa aparan platforma
Agah.az xəbər verir ki, son günlər “TikTok” sosial şəbəkəsində yayılan mənfi hallar ciddi narahatlıq doğurur. Platformada məşhurlaşmaq istəyən bəzi şəxslər milli-mənəvi dəyərlərimizə zidd davranışlar nümayiş etdirərək dələduzluq yolu ilə insanları aldatmağa çalışırlar. Bu hallar isə bəzən cinayət məsuliyyəti ilə nəticələnir.
Bloqer Vüsal Yusiflinin fikrincə, “TikTok” populyar olmamışdan əvvəl belə hərəkətlər “Instagram”ın canlı yayımlarında geniş yayılmışdı. Orada əxlaqsızlıq təbliğatı xüsusilə diqqət çəkirdi.
Hüquqşünas Anar Qasımlı qeyd edib ki, sosial şəbəkələrdə fəaliyyətinə görə insanların cinayət məsuliyyətinə cəlb olunması yalnız onların hərəkətlərində cinayət tərkibli əlamətlər mövcud olduqda mümkündür.
Video sujet:
Açar sözlər: TikTok problemləri, milli-mənəvi dəyərlər, sosial şəbəkələrdə dələduzluq, cinayət məsuliyyəti, Azərbaycan cəmiyyətində TikTok.
(055) 436-46-45