Azərbaycanda külli miqdarda qızıl qaçaqmalçılığı: Vəzifəli şəxs saxlanıldı
Agah.az xəbər verir ki, Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyən bir vəzifəli şəxs saxlanılıb. Əməliyyatı Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında həyata keçirib.
Əməliyyat zamanı Əfsər Mirzəliyev adlı şəxsin 4 kq qızılı ölkədən çıxarmaq cəhdi aşkar edilib. Məlumata görə, Əfsər Mirzəliyev dövlət qurumlarından birində məsul vəzifədə çalışır.
Xatırladaq ki, ötən ay polkovnik-leytenant Qəhrəman Məmmədov da İstanbulda 70 kq qızılla saxlanılmışdı. Məmmədov 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışmışdı.
Açar sözlər: Azərbaycanda qızıl qaçaqmalçılığı, vəzifəli şəxsin saxlanılması, Əfsər Mirzəliyev, Dövlət Gömrük Komitəsi, Heydər Əliyev Beynəlxalq Hava Limanı.
(055) 436-46-45