İlham Əliyev: “Təyyarə Rusiya tərəfindən vuruldu”
Agah.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində təyyarə qəzası ilə bağlı vacib açıqlamalar verib. O, pilotların və ekipajın qəhrəmanlığını vurğulayıb və hadisənin səbəblərinə aydınlıq gətirib.
Dövlət başçısı bildirib ki, ekipajın fədakarlığı və peşəkarlığı nəticəsində idarəetməsi mümkün olmayan təyyarədə sərnişinlərin bir qismi sağ qala bilib. İlham Əliyev hadisənin tam olaraq Rusiyanın təyyarəni vurması ilə əlaqəli olduğunu bəyan edib:
“Pilotlar təcrübəli olsalar da, təyyarəni təhlükəsiz yerə endirmək mümkün deyildi. Lakin onların səyləri nəticəsində təyyarənin bir hissəsi yanmaqdan xilas olub və sağ qalanlar var. Bu gün isə tam açıq-aydın şəkildə deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu.”
Açar sözlər: İlham Əliyev təyyarə qəzası, Rusiya təyyarə hücumu, pilot qəhrəmanlığı, Azərbaycan Televiziyası, təyyarə qəzasının səbəbi.
(055) 436-46-45