Bakıda yola qoyulan zibillər daşınmır – FOTO

Binəqədi rayon sakinləri zibil qutularının qoyulduğu ərazidən narazıdırlar.

Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər bildiriblər.

Onlar bildiriblər ki, Süleyman Sani Axundov küçəsində zibil qutuları insanların hərəkət etdiyi yola qoyulub:

“Nəticədə ərazidən keçən zaman çətinlik yaranır. Eyni zamanda, qalaqlanmış zibillər daşınmır və üfunət iyi ətrafı bürüyür”.

 

Paylaş, agah et!