Türkiyədə Narin Güran işi üzrə hökm çıxarıldı

Türkiyədə Narin Güran işi üzrə hökm çıxarıldı
Dostuna göndər xəbərdən agah olsun:

Agah.az xəbər verir ki, Türkiyədə böyük rezonans doğuran Narin Güran işi üzrə məhkəmə prosesi yekunlaşıb və ağır cəzalar tətbiq olunub.

Məhkəmənin qərarına əsasən, azyaşlı Narin Güranın anası Yüksəl Güran, qardaşı Enes Güran və əmisi Səlim Güran ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum ediliblər. Qətlin ört-basdır edilməsində iştirak edən digər müttəhim Nevzat Bəxtiyar isə “cinayət sübutlarını məhv etmək, gizlətmək və ya dəyişdirmək” ittihamı ilə 4 il 6 ay həbs cəzası alıb.

Məhkəmə iclasında təqsirləndirilən şəxslər ittihamları rədd edərək günahsız olduqlarını bəyan etsələr də, məhkəmə onların cinayətdə iştirakını təsdiqləyib.

Xatırladaq ki, 21 avqustda Diyarbəkirin Bağlar rayonunda itkin düşən 10 yaşlı Narin Güranın cansız bədəni 8 sentyabrda Əgərtutmaz çayında tapılmışdı. Diyarbakır Respublika Baş Prokurorluğunun başladığı istintaq çərçivəsində 23 nəfər saxlanılmış, onlardan 12-si həbs edilmişdi.

Açar sözlər: Narin Güran işi, Türkiyə məhkəməsi, Diyarbəkir, ağırlaşdırılmış ömürlük həbs, Nevzat Bəxtiyar, cinayət istintaqı.

Dostuna göndər xəbərdən agah olsun: