Dekabrda Azərbaycana 19 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb
Agah.az xəbər verir ki, Dövlət Sərhəd Xidməti dekabr ayında narkotik qaçaqmalçılığına qarşı keçirdiyi əməliyyatlar barədə məlumat yayıb.
Məlumata görə, Horadiz sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 19 kiloqram 825 qram olan narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb. Aşkar edilən narkotiklər arasında 19 kiloqram 800 qram marixuana və 25 qram tiryək olub.
Dövlət Sərhəd Xidməti narkotik vasitələrin qaçaqmalçılığına qarşı tədbirlərin davam etdirildiyini vurğulayıb.
Açar sözlər: narkotik qaçaqmalçılığı, Dövlət Sərhəd Xidməti, Horadiz sərhəd dəstəsi, marixuana, tiryək.
istinad: report
(055) 436-46-45