Suriya Rusiyanın bazaları haqqında sazişləri ləğv etmək niyyətində deyil

Suriya Rusiyanın bazaları haqqında sazişləri ləğv etmək niyyətində deyil
Dostuna göndər xəbərdən agah olsun:

Suriyanın yeni hakimiyyəti yaxın vaxtlarda Rusiyanın ölkədəki hərbi bazalarından istifadə etməsi haqqında sazişləri ləğv etmək niyyətində deyil.

 

Agah. Az xəbər verir ki bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

 

Onun sözlərinə görə, məsləhətləşmələrin iştirakçıları Rusiya kontingentinin sayını müzakirə edirlər.

 

“Rusiya öz bazalarının hüquqi statusunu qorumağa çalışır. Danışıqlar hərbi əməliyyatların və rejim dəyişikliyinin fors-major, eləcə də Tartus və Latakiya vilayətlərindəki obyektlərin uzunmüddətli icarəsi haqqında müqavilələrin ləğvi üçün əsas hesab edilməməsinə yönəlib. Danışıqlar başa çatanadək Suriya tərəfi sazişləri pozmaq niyyətində deyil”, – mənbə bildirib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45