Abşeronda başqası ilə yaşayan hamilə qadın əri tərəfindən bıçaqlanıb – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Abşeron rayonunun Qobu qəsəbəsində ailə-məişət zəminində dava düşüb.

APA xəbər verir ki, hadisə Qobu qəsəbəsində Əliağa Vahid küçəsində baş verib.

Belə ki, 19 yaşlı Aynur Zahid qızı Nərimanova yaşadığı evdə həyat yoldaşı Alim Nərimanov tərəfindən bıçaqlanıb.

Yaralı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Onun anası Ruhiyyə APA-ya bildirib ki, qızı Aynur ikiaylıq hamilə imiş, o sosial şəbəkə vasitəsilə kuryerliklə məşğul olan Elçin adlı oğlanla tanış olub.

Daha sonra o yaşadığı evdə əri Alimlə mübahisə edərək Elçinin yanına, yəni Xırdalan şəhərinə gedib.

Alim Aynura məxsus mobil telefonda onun Elçinlə yazışmasını görüb.

Alim bundan hiddətlənərək həyat yoldaşını bıçaqlayıb.

Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45