Aktau qəzasında yaralananlardan biri Bakıdakı klinikada reanimasiyadadır
Agah.az xəbər verir ki, Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıya gətirilən 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.
Yeni Klinikadan verilən məlumata görə, zərərçəkənlərdən 13-ü palatada müalicə olunur, biri isə ağır vəziyyətdə reanimasiyada saxlanılır.
Xatırladaq ki, əvvəlcə “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 1-i uşaq olmaqla, 14 Azərbaycan vətəndaşı Mangistau regional xəstəxanasından ölkəyə göndərilmişdi.
Açar sözlər: Aktau təyyarə qəzası, yaralılar, reanimasiyada xəstə, Azərbaycan vətəndaşları.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45